Türkiyə Suriyanın şimal qərbinə zirehli texnika və logistika vasitələri göndərib.
https://azeri.sahartv.ir/news/türkiyə-i366196-türkiyə_suriyanın_şimal_qərbinə_zirehli_texnika_və_logistika_vasitələri_göndərib.
Suriyanın İnsan Haqları Gözətçisi bu ölkənin şimal qərb bölgəsinə Türkiyə Ordusuna məxsus hərbi təchizat və logistika vasitələri daşıyan 75-dən artıq zirehli texnikanın daxil olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 14:56 Asia/Baku
  • Türkiyə Suriyanın şimal qərbinə zirehli texnika və logistika vasitələri göndərib.

Suriyanın İnsan Haqları Gözətçisi bu ölkənin şimal qərb bölgəsinə Türkiyə Ordusuna məxsus hərbi təchizat və logistika vasitələri daşıyan 75-dən artıq zirehli texnikanın daxil olmasından xəbər verib.

SəhərAzəri xəbər verir, "Suriya İnsan Haqları" adı ilə tanınan mərkəz elan edib ki, Türkiyənin hərbi karvanı Suriyanın şimal qərbindəki İdlib vilayətinin şimalında yerləşən "Kəfər Lusin" keçid məntəqəsindən bu ölkəyə daxil olub. Bu məlumata əsasən, Türkiyənin hərbi  karvanlarının Suriya ərazisinə göndərilməsinin davam etməsi ilə İdlib vilayətinə daxil olan maşınların sayı 5 mindən çox olubdur.

Türkiyə indiyədək özünün 11 min 500 hərbçisini Suriyaya göndərib.

Türkiyə Ordusu terrorçularla mübarizə bəhanəsi ilə Suriyanın şimal bölgələrinin bir hissəsini işğal edib ki, onun bu hərəkəti geniş beynəlxalq qınağa səbəb olub.