Türkiyədə böyük narkoplantasiyalar aşkarlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i366444-türkiyədə_böyük_narkoplantasiyalar_aşkarlanıb
Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir vilayətində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2020 18:10 Asia/Baku
  • Türkiyədə böyük narkoplantasiyalar aşkarlanıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir vilayətində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində 67 fərqli məkanda narkoplantasiya aşkarlanıb. Ümumilikdə, 4 milyon 623 min 280 ədəd yaş halda narkotik tərkibli kol, eləcə də 800 kiloqram qurudulmuş kol aşkarlanıb. Təsbit edilən ərazilərdə narkotik tərkibli bitkilərin becərilməsi üçün istifadə edilən alətlər, o cümlədən su boruları və nasoslar götürülüb.