Avq 30, 2020 08:20 Asia/Baku
  • Afinanın özbaşınalığı müharibəyə səbəb ola bilər

Türkiyə xarici işlər naziri Yunanıstana Aralıq dənizində avanturist hərəkətlərdən çəkinməsinə dair xəbərdarlıq etdi.

Səhər Azəri bildirir ki, Mövlud Çavuşoğlu Aralıq dənizində Türkiyənin su sərhədlərini pozmasına dair Yunanıstana xəbərdarlıq edib. 

M.Çavuşoğlu deyib: Yunanıstan Aralıq dənizində su sərhədlərini 6 mildən 12 milə artıra bilməz. Biz hələ də bir neçə il öncə Yunanıstan və Türkiyə arasında su sərhədlərinə dair əldə edilmiş anlaşmaya hörmət edirik. Amma, Afina bu anlaşmanı pozmaq istəsə, nəticəsi müharibə ola bilər. 

Yunanıstanın baş naziri Aralıq dənizində ölkəsinə aid su sahəsinin 6 mildən 12 milə artırılmasına dair layihənin hazırlanmasından xəbər verib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu barədə deyib: Bu gün bizi Aralıq dənizinin şərqindən kənarlaşdırmağa çalışanlar ötən bir əsrdə ümumiyyətlə bütövlükdə ölkəmizə yiyələnmək istəyənlərdirlər. Biz bütün tərəflərə Türkiyənin haqlarını görməməzliyə vurmaları haqda xəbərdarlıq edirik.

 

Teqlər