Ərdoğan Azərbaycan Respublikasını dəstəkləyib
https://azeri.sahartv.ir/news/türkiyə-i367773-Ərdoğan_azərbaycan_respublikasını_dəstəkləyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ sərhəd bölgəsində baş verən toqquşmalar fonunda Bakını dəstəklədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2020 05:46 Asia/Baku
  • Ərdoğan Azərbaycan Respublikasını dəstəkləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ sərhəd bölgəsində baş verən toqquşmalar fonunda Bakını dəstəklədiyini bildirib.

SəhərAzəri xəbər verir, Ərdoğan Tvitterdə paylaşdığı müraciətdə yazıb: "Türkiyə xalqı hər zaman olduğu kimi ixtiyarında olan bütün imkanları ilə qardaş ölkə Azərbaycanın yanındadır".

"Ermənistanın təxribatlarına qarşı lazımi reaksiyanı göstərməyən beynəlxalq ictimaiyyət, ikili standartlarını bir daha göstərib", -deyə o, əlavə edib.