Türkiyə Mərkəzi Bankının sədri işdən çıxarılıb
Noy 07, 2020 16:39 Asia/Baku
Türkiyə prezidenti bir fərman imzalayaraq, bu ölkənin Mərkəzi Bankının sədrini işdən kənarlaşdırıb.
SəhərAzəri "Frans Press"in məlumatına istinadən xəbər verir, Rəcəb Tayyib Ərdoğan Türkiyə mərkəzi Bankının sədri Murat Uysalı vəzifəsindən azad edib.
Həmin məlumata əsasən, onu Ərdoğan hökumətinin keçmiş maliyyə naziri Naci Ağbal əvəz edib.
Ekspertlərin fikrincə bu qərar son günlər türk lirəsinin ABŞ dolları qarşısında 40 faiz dəyər itirməsi səbəbindən verilib.