Türkiyə Səudiyyə Ərəbistanı-Qətər yaxınlaşmasına münasibət bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i371618-türkiyə_səudiyyə_Ərəbistanı_qətər_yaxınlaşmasına_münasibət_bildirib
Türkiyə tərəfi Səudiyyə Ərəbistanı Krallığı ilə Qətər dövləti arasında yanvarın 5-dən etibarən sərhədlərin açılmasını məmnuniyyətlə qarşılayır.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 05, 2021 08:45 Asia/Baku
  • Türkiyə Səudiyyə Ərəbistanı-Qətər yaxınlaşmasına münasibət bildirib

Türkiyə tərəfi Səudiyyə Ərəbistanı Krallığı ilə Qətər dövləti arasında yanvarın 5-dən etibarən sərhədlərin açılmasını məmnuniyyətlə qarşılayır.

SəhərAzəri xəbər verir, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

"Qətər və Səudiyyə Ərəbistanı arasında yanvarın 5-dən etibarən quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı qərarı alqışlayırıq. Bu qərar 2017-ci ilin iyun ayından davam edən ixtilafın həlli istiqamətində mühüm addımdır. Küveyt başda olmaqla bu məsələdə vasitəçilik edənlərə təşəkkür edirik.Türkiyə bu istiqamətdə bütün addımları dəstəkləməyə davam edəcək", - XİN-dən verilən açıqlamada qeyd olunub.