Bütün Türkiyədə komendant saatı tətbiq olunub
Türkiyədə koronavirusun geniş şəkildə yayılmasının ardınca bu ölkə boyu komendant saatı tətbiq olunub.
SəhərAzəri xəbər verir, komendant saatı fevralın 19-dan 22-dək nəzərdə tutulub.
Bu qərarın qüvvəyə minməsi ilə, Türkiyə ərazisində təyin olunmuş günlərdə gediş-gəliş, saat 21.00-dan səhər saat 05.00-dək qadağandır.
Türkiyə daxili işlər nazirliyi tərəfindən yayılan sərəncama əsasən, bu qaydalar naməlum müddətədək hər həftənin cümə, şənbə və bazar günləri tətbiq olunacaq.
Mağazalar, satış mərkəzləri, supermarketlər, ət dükanları və quru meyvələr mağazaları səhər saat 10-dan axşam saat 5-ə qədər işləməyə davam edəcəklər.
Restoranlar səhər saat 10-dan gecə yarısınadək çölə yemək vermək formasında işlərini davam etdirəcəklər. 20-65 yaşlar arasında olan insanlar da ehtiyac duyduqları qida maddələrini ən yaxın mağazadan əldə edə biləcəklər.