Türkiyədə gündəlik yoluxma sayı 11 mini keçdi
https://azeri.sahartv.ir/news/türkiyə-i373959-türkiyədə_gündəlik_yoluxma_sayı_11_mini_keçdi
Türkiyədə son sutka ərzində 11 837 yeni yoluxma faktı qeydə alınıb. Bu, yanvarın 11-də qeydə alınan 10 min 220 yoluxmadan sonra ən yüksək göstəricidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2021 08:06 Asia/Baku
  • Türkiyədə gündəlik yoluxma sayı 11 mini keçdi

Türkiyədə son sutka ərzində 11 837 yeni yoluxma faktı qeydə alınıb. Bu, yanvarın 11-də qeydə alınan 10 min 220 yoluxmadan sonra ən yüksək göstəricidir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, bu gün həm də 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bununla virusa yoluxanların sayı 2 723 316, pandemiya qurbanlarının sayı isə 28 706 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 586 073 pasiyent sağalaraq evə buraxılıb.