Mart 30, 2021 12:50 Asia/Baku
  • Türkiyədə karantin rejimi sərtləşdirilib

Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib.

SəhərAzəri xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçirilən hökumətin iclasında qərar qəbul edilib.

Qərara əsasən, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir.

Kafe və restoranların fəaliyyəti də məhdudlaşdırılacaq.

Qeyd edək ki, Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 29-da 154 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 31.230 olub.

Bir gündə 225 min 511 test edilərək 1325 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 32 min 404 nəfərdir.

Müalicəsi tamamlanan 18 min 15 nəfərlə yaxşılaşanların sayı 2 milyon 975 min 108-ə yüksəlib.  

Teqlər