Türkiyədə son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Türkiyədə son sutkada koronavirusa yoluxma halları ondan əvvəlki günə nisbətən 15 faiz artıb və gündəlik misli görünməmiş 40 minə yaxın yoluxma sayına çatıbdır.
SəhərAzəri xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirus qurbanlarının ümumi sayı 31 min nəfəri ötübdür.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib: "Hazırda İngiltərənin mutasiyalı virusu vətəndaşların 75 faizdən çoxunu yoluxdurub".
Bəzi səhiyyə mütəxəssisləri xəstələrin sayının sürətlə artmasına əsas səbəb kimi məktəblərin və restoranların yenidən açılmasını və səhiyyə qaydalarına riayət etmədən on minlərlə nəfərlik partiya qurultayının keçirilməsini göstərirlər və bu prosesin qarşısını almaq üçün 28 günlük qapanmaya ehtiyac olduğunu deyirlər".
Son statistikalara əsasən, hazırda Türkiyədə koronavirusa yoluxma baxımından 58 vilayət qırmızı zonaya, 12 vilayət narıncı zonaya, 10 vilayət isə sarı zonaya və bir vilayətdə mavi zonaya daxildir.