Türkiyədə koronaya yoluxma artıb
https://azeri.sahartv.ir/news/türkiyə-i380970-türkiyədə_koronaya_yoluxma_artıb
Türkiyədə koronavirusa yoluxanların sayı altı milyon altı yüz min nəfəri ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2021 08:58 Asia/Baku
  • Türkiyədə koronaya yoluxma artıb

Türkiyədə koronavirusa yoluxanların sayı altı milyon altı yüz min nəfəri ötüb keçibdir.

SəhərAzəri-nin verdiyi məlumata görə, Türkiyənin səhiyyə nazirliyi dünən gecə bildirib ki, ötən sutka ərzində bu ölkədə 23 min 562 nəfər koronavirusa yoluxub, 214 Türkiyə vətəndaşı da COVİD-19 xəstəliyi nəticəsində həyatını itirib.

Bu yeni statistika ilə Türkiyədə koronavirusa yoluxanların sayı altı milyon altı yüz on üç min 976 nəfərə yüksəlib. Virusdan ölənlərin sayı isə 59 min 384 nəfərə çatıb.

Son həftələrdə Türkiyədə koronavirus nəticəsində yoluxma və ölüm statistikası bir daha yüksəliş tempi götürübdür.