Okt 15, 2021 14:53 Asia/Baku
  •  Mövlud Çavuşoğlu və Əmirxan Müttəqi
    Mövlud Çavuşoğlu və Əmirxan Müttəqi

Türkiyənin xarici işlər naziri Taliban xarici işlər nazirliyinin başçısı ilə görüşdə bildirib ki, dünya ictimaiyyəti bu qrupla anlaşmaya malik olmalıdır və Taliban-la anlaşma onu rəsmən tanımaq demək deyildir.

SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu dünən bir nümayəndə heyəti ilə Ankaraya gedən Əmirxan Müttəqi ilə görüşdə belə deyib: Biz önşərtlər irəli sürmürük, amma həmişə deyirik ki, Əfqanıstanda hər şey hamıya şamil olmalıdır.

Türkiyənin xarici işlər naziri həmçinin vurğulayıb ki, Əfqanıstatnın dondurulmuş pulları geri qaytarılmalıdır.

O, sonra deyib ki, Talibanın başçılarına Əfqanıstanda qadınların məşğulluğu və qız məktəblilər barədə tövsiyələr veribdir.

Çavuşoğlunun Taliban hökumətinin rəsmən tanınmamasına dair sözlərinin fonunda qeyd etmək lazımdır ki, Türkiyənin Kabildəki səfiri Cihad Ərginay çərşənbə günü Taliban ədliyyə nazirliyinin başçısı Əbdülhəkim Əlşəri ilə görüşdə Ankaranın Taliban hökumətilə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Teqlər