Okt 21, 2021 12:12 Asia/Baku
  • Fəthullah Gülən
    Fəthullah Gülən

Türkiyə mediaları bu ölkənin beş vilayətində Gülən qrupuna üzvlük ittihamı ilə 39 qadının həbs edildiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu medialar qeyd ediblər ki, Türkiyə prokurorları Gülən qrupu ilə əlaqədə olduğuna görə, bir müəllimə və üç mama da daxil olmaqla 39 qadının həbsi barədə sanksiya veriblər.

Bu qadınlardan 32-si, Türkiyənin qərbindəki beş vilayətdə eyni zamanda keçirilən əməliyyatlar zamanı həbs olunub. Onlar Gülən qrupunun qadın üzvləri arasında fəaliyyətləri təşkilatlandırmaqda ittiham olunublar.

Türkiyədə uğursuz 2016-cı il çevrilşindən sonra çevrilişin işlənib hazırlanmasında ittiham edilən, bu ölkə hökumətinin ən məşhur müxaliflərindən olan Fəthullah Gülənlə əlaqədə olan şəxslərin geniş şəkildə həbsi başlandı. Səksən minə yaxın şəxs müvəqqəti həbs aldı. 150 min vətəndaş qüvvəsi, hərbi personal və digər türkiyəli rəsmilər, ya işdən çıxarıldılar, ya da ki, onların işləri dayandırıldı.

 

Teqlər