Türkiyə Suriyanın Hələb vilayətinə artilleriya hücumu edib
https://azeri.sahartv.ir/news/türkiyə-i382600-türkiyə_suriyanın_hələb_vilayətinə_artilleriya_hücumu_edib
İnformasiya mənbələri dünən gecə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən Hələb vilayətinə qarşı artilleriya hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2021 08:55 Asia/Baku
  • Türkiyə ordusu
    Türkiyə ordusu

İnformasiya mənbələri dünən gecə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən Hələb vilayətinə qarşı artilleriya hücumundan xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən,  Əlməyadin telekanalı bildirib ki, Türkiyə ordusu Hələb vilayətinin şimalında yerləşən «Əyn Dəqnə» və «Biluniyyə» kəndlərinə tərəf onlarla mərmi atıb.

Hələ bu hücumun ehtimal üzrə törətdiyi xəsarət və tələfat haqda bir məlumat yayılmayıb.

Türkiyə Suriyadakı terror qruplarının əsas himayədarlarından biridir.

Türkiyə ordusu son aylar terrorçulara dəstək istiqamətində dəfələrlə Suriya ordusunun mövqeləri və bu ölkənin infrastrukturlarını hədəfə alıbdır.

Hazırda Suriyanın şimalında yerləşən rayonlar Türkiyə ordusunun işğalı altındadır.

Türkiyənin Suriyanın şimalına qarşı təcavüzləri beynəlxalq səviyyədə pislənibdir.