Erməni terrorçunun azad edilməsi qorxunc səhv adlandırıldı
https://azeri.sahartv.ir/news/türkiyə-i382645-erməni_terrorçunun_azad_edilməsi_qorxunc_səhv_adlandırıldı
Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə diplomatını terror edən erməninin azad edilməsini pisləyib
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 30, 2021 14:16 Asia/Baku
  • Erməni terrorçunun azad edilməsi qorxunc səhv adlandırıldı

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə diplomatını terror edən erməninin azad edilməsini pisləyib

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə XİN-in bəyanatında deyilir: 1982-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Türkiyə konsulu Kamal Arıkanı qətlə yetirmiş erməni terrorçu, ASALA üzvü Ambik Sasunyanın həbsdən azad edilməsini qorxunc bir səhv olaraq qəbul edirik və bu qərarı pisləyirik.

Bəyanatda qeyd olunur ki, bu cür qərarlar terrorla mübarizəyə deyil, terrorçuluğun siyasi məqsədlərə çatmaq üçün istifadə olunmasına xidmət edəcəyi aşkardır.

Qeyd edək ki, A.Sasunyan türkiyəli konsulun qətli ilə əlaqədar 1984-cü ildə ömürlük həbsə məhkum edilmişdi. 2019-cu ilin dekabrında Kaliforniya ştatının Məhkumların azad edilməsi şurası onun azad edilməsi barədə qərar qəbul etsə də, ştat qubernatoru bu qərarı ləğv etmişdi.

A.Sasunyan 2021-ci ilin fevralında Los-Anceles dairə Ali məhkəməsinin qərarı azad edilmişdi. O, Ermənistana gəldiyini bildirib.