Çörəyin bahalaşması Türkiyə mətbuatının manşetlərində
Noy 06, 2021 16:36 Asia/Baku
Bahalıq, yoxsulluq və qiymət artımı Türkiyədəki əksər qəzetlərin əsas manşetlərini təşkil edib.
SəhərAzəri-nin məlumatına əsasən, "Cümhuriyyət" qəzeti cörəyin bahalaşması ilə bağlı reportajı üçün "Dövlər işçilərinin alıcılıq qabiliyyəti yoxdur" başlığını seçib.
"Sözçü" qəzeti də birinci səhifəsində "Çörək 3 lirə olur" başlığını dərc edib. Bu nəşr "Etiraz edən işçilər pul çantasını yandırdı" başlıqlı başqa bir reportajda türk xalqının acınacaqlı vəziyyətini araşdırıb.
"Yeni Çağ" nəşri də ölkədəki iqtisadi təlatümlərə görə Rəcəb Tayyib Ərdoğanı günahlandırıb.
"Qərar" qəzeti də Türkiyənin sabiq daxili işlər nazirinin söhbətlərinin bir hissəsini dərc edərək, yazıb: "Yoxsulluq ölkə vilayətlərinin ortaq nöqtəsidir".
Teqlər