Türkiyə parlamenti AR-da hərbi iştirakın davamına yaşıl işıq göstərib
https://azeri.sahartv.ir/news/türkiyə-i383033-türkiyə_parlamenti_ar_da_hərbi_iştirakın_davamına_yaşıl_işıq_göstərib
Türkiyə parlamenti dünən bu ölkənin Azərbaycan Respublikasındakı hərbi iştirakının daha bir il müddətinə uzadılması ilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2021 08:20 Asia/Baku
  • Türkiyə parlamenti
    Türkiyə parlamenti

Türkiyə parlamenti dünən bu ölkənin Azərbaycan Respublikasındakı hərbi iştirakının daha bir il müddətinə uzadılması ilə razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezident administrasiyası çərşənbə axşamı günü Türkiyə qüvvələrinin Azərbaycan Respublikasındakı iştirakının daha bir il müddətinə uzadılması üçün bu ölkə parlamentinə bir layihə təqdim etdi.

Türkiyə prezident administrasiyasının bəyanatında deyilir ki, Türkiyə və Rusiya silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı atəşkəsə nəzarət üçün yaradılmış Qarabağdakı birgə mərkəz öz fəaliyyətini uğurla davam etdirir və Türkiyə bu birgə mərkəz vasitəsi ilə bölgənin təhlükəsizliyinə və tərəflər arasında inamın yaradılmasına kömək edir.

Türkiyə parlamenti 17 noyabr 2020-ci il tarixində bu ölkənin silahlı qüvvələrinə icazə verdi ki, bir il müddətinə qalmaq üüçn öz qüvvələrini Azərbaycan Respublikasına göndərsin.

Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında gedən 44 günlük Qarabağ müharibəsi 2020-ci il noyabrın 9-da Rusiyanın vasitəçiliyi və iki ölkə arasında atəşkəs razılaşmasının imzalanması ilə başa çatdı və Ermənistan Azərbaycan Respublikası ərazisinin bəzi hissələrini Bakıya qaytardı.