Türkiyə kəşfiyyatının keçmiş rəhbəri şok açıqlama verdi
Vaşinqton Ankaranı Moskvanın düşməninə çevirməyə çalışır
-
İsmayıl Hakkı Pekin
Türkiyə kəşfiyyatının keçmiş rəhbəri bəyan edib ki, Vaşinqton Ankaranı Moskvanın düşməninə çevirməyə çalışır
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin keçmiş Baş Qərargah rəisi, general-polkovnik İsmayıl Hakkı Pekin Lenta.ru-nun müxbiri ilə müsahibəsində ABŞ-ın Türkiyəyə qarşı nəinki maraqlarına zidd, həm də Rusiya kimi tərəfdaşlarla münasibətlərinə xələl gətirən siyasət yürütmək istədiyini bildirib.
O deyib ki, Ankara Vaşinqtonun cəhdləri ilə təzyiqə məruz qalmamalıdır.
Sabiq generalın sözlərinə görə, ABŞ digər məsələlərlə yanaşı, Qara Dənizdə fəallığını artıraraq Türkiyəni Rusiyaya düşmən etməyə çalışır. Bundan əlavə, Ankaranın özü Qara Dəniz regionunda Kiyev ilə dəniz əməkdaşlığını gücləndirməyə razılaşıb.
Türkiyə hakimiyyətinin niyə belə addımlar atması sualını cavablandıran sabiq kəşfiyyat rəhbəri həmçinin Ankaranın əsassız siyasət yürütdüyünü dilə gətirib.
“Biz ikitərəfli deyil, birtərəfli siyasətə keçməliyik. Başqalarının oyunlarına ehtiyacımız yoxdur. ABŞ Rusiyanı daxildən məhv etməyə çalışır, Türkiyəni isə tədricən Moskva ilə öz şərtlərini zəiflətməyə razılaşmağa məcbur edir” – deyə Pekin bildirib.
Bir sıra ekspertlər Ankaranın Moskva ilə bağlı siyasətinin ABŞ administrasiyasının xoşuna gəlmədiyini bildirir. Türkiyəli jurnalist Berkan Tutar “Sabah” qəzetində yazıb ki, ABŞ administrasiyası Ankaranı Rusiya ilə münasibətləri zəiflətməyə məcbur etmək üçün türk lirəsinin çökməsinə bais olmaqla yanaşı kəskin addımlar atır.