Türkiyədə korona tələfatı
-
Türkiyədə korona
Türkiyə mediaları korona qurbanlarının sayını hər gün bir sərnişin təyyarəsinin qəzaya uğramasına bənzədirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Koronanın mutasiya etmiş omikron ştammı hər gün yoluxanlar və qurbanlardan yeni kvorum yaradır ki, bu da korona epidemiyasının əvvəlindən bəri Türkiyədə nadir bir hadisə sayılır.
Türkiyədə omikronun artan tempi bu ölkə xəstəxanalarını da problemlə üzləşdirib və bu ölkədə, xüsusən İstanbul, Ankara, Eskişəhr və İzmirdə reanimasiya və intensiv terapiya bölmələrinin tutumunu doldurubdur.
Türkiyə korona qərargahının üzvü doktor Bülənt Ərtoğrul xəbərdarlıq edib ki, ölkədə korona durumunun hazırkı təsviri yeni milad ili gecəsində səhiyyə protokollarına diqqətsizliyin nəticəsidir və on beş günlük qış tətillərinin başlanması ilə qeyd olunan təsvir mart ayınadək daha da ağırlaşacaqdır.