Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib; 8 nəfər saxlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i387089-türkiyədə_İŞİd_ə_qarşı_əməliyyat_keçirilib_8_nəfər_saxlanıb
Türkiyə təhlükəsizlik qüvvələri Ankara vilayətində İŞİD terror qruplaşmasının 8 üzvünü həbs edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 19, 2022 08:19 Asia/Baku
  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib; 8 nəfər saxlanıb

Türkiyə təhlükəsizlik qüvvələri Ankara vilayətində İŞİD terror qruplaşmasının 8 üzvünü həbs edib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Daxili İşlər Nazirliyi saxlanılanların axtarışda olan 11 nəfərdən olduğunu bildirib.

Son 3 ildə Türkiyə təhlükəsizlik qüvvələri İŞİD də daxil olmaqla bu ölkənin müxtəlif şəhərlərində məskunlaşan terrorçu ünsürlərin ələ keçirilməsi üçün çoxsaylı əməliyyatlar həyata keçirib, onların əksəriyyəti isə Ankara və İstanbulda həyata keçirilib.

Daha əvvəl Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi bu ölkə parlamentinə bir layihə təqdim edərək, İŞİD terror təşkilatı üzvlərinin əlində olan türk silahları ilə bağlı məsələyə aydınlıq gətirilməsini tələb etmişdi.