İyun 01, 2022 10:22 Asia/Baku
  • ABŞ Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı çıxıb

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib ki, Türkiyənin Suriyanın şimalında hər hansı yeni hərbi əməliyyatları regionda vəziyyəti daha da gərginləşdirəcək.

SəhərAzəri-nin məlumatına əsasən,Prays Suriyanın şimalında artan hərbi fəaliyyətlə bağlı ABŞ-ın narahatlığını ifadə edib.O bildirib ki, tərəflər atəşkəs zonalarını qorumaq və saxlamalıdır.

Qeyd edək ki, mayın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ilin oktyabrında “Barış bulağı” əməliyyatından sonra yaradılan 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsi məqsədilə Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlıq barədə məlumat verib.

Türkiyə mətbuatının məlumatına görə, əməliyyat yaxın vaxtlarda başlaya bilər.

Teqlər