İyun 02, 2022 10:25 Asia/Baku
  • Avropa İnsan Haqqları Məhkəməsi Türkiyəni qınayıb

Avropa Məhkəməsi Türkiyəni Amnistiya Təşkilatının fəalının "qanunsuz" həbsinə görə qınayıb

SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə axşamı Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ildə Beynəlxalq Amnistiya Təşkilatının Türkiyə bölməsinin rəhbərinin həbsinə görə Türkiyəni qınayıb və onun həbsinin qanunsuz olduğuna qərar verib.

Beynəlxalq Amnistiya Təşkilatının Türkiyə bölməsinin sabiq rəhbəri Taner Kılıç 2017-ci ilin iyununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinə qarşı 2016-cı ildə uğursuz çevrilişdə ittiham edilən və hazırda ABŞ-da yaşayan Fətullah Gülənlə əlaqədə olmaqda ittiham olunaraq saxlanılıb.

Avropa İnsan Haqları Məhkəməsi Türkiyəyə qarşı çıxardığı son qərarında onun həbsinin qanunsuz və özbaşına olduğunu və cənab Kılıçın cinayət törətdiyinə dair heç bir əsaslı sübutun olmadığını bildirib.

Teqlər