Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələr Türkiyə ilə döyüşür
İyun 06, 2022 13:27 Asia/Baku
-
müharibə
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) Röyters xəbər agentliyinə bildiriblər ki, Türkiyənin Suriyanın şimalına hücum edəcəyi təqdirdə onlar prezident Bəşər Əsədin qüvvələrinin kənarında döyüşəcəklər.
SəhərAzəri-nin məlumatına əsasən, Bu bəyanat Türkiyənin bəyanatından sonra verilib. Türkiyə daha əvvəl bildirib ki, Suriya Demokratik Qüvvələrin nəzarət etdiyi ərazilərə hücuma hazırlaşır.
Türkiyə Suriya Demokratik Qüvvələrinin Ankaraya qarşı terror fəaliyyətlərində iştirak edən kürd qüvvələrlə əlaqədə olduğunu iddia edir.
Suriya, Türkiyənin sərhədləri boyunca Suriya ərazisindən keçən dəhlizə nəzarəti ələ keçirdikdən sonra bu ölkəyə işğalçı dövlət kimi baxır.