Avq 03, 2022 12:57 Asia/Baku
  • Türkiyədə inflyasiya bir daha record vurub

Bu ilin iyul ayında Türkiyədə istehlak qiymətləri indeksində dəyişiklik əvvəlki ayla müqayisədə 2,37%, əvvəlki ilin eyni ayına görə isə 79,6% təşkil edib. Türkiyə mətbuatı bildirir ki, illik inflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Türkiyə Statistika İdarəsi öncə bu ilin mart ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tariflərinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,14% bahalaşdığını bildirmişdi.

Türkiyə Statistika İdarəsinin həmin məlumatında bildirmişdi ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin mart ayında bundan yüksək (65,1%) olub. 
Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 99,12%. 
Bundan başqa ötən ilin mart ayı ilə müqayisdə qida və içkilər 70,33%, ev əşyaları 69,26%, restoran və otellərdə xidmətlər 60,4% bahalanıb. 
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 15,08% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.

Teqlər