Avropa Ərdoğana təşəkkür etməlidir
Rusiya prezidenti deyib ki, Avropa kəsilmədən Rusiya qazının köçürülməsinə görə, Türkiyəyə və Ərdoğana təşəkkür etməlidir.
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Putin bu görüşdə deyib: Bu gün Ərdoğanla Suriya barədəki müzakirələrin nəticəsi, regionda dəyişikliklərin yaranmasına səbəb olacaq.
Putinlə görüşün əhəmiyyətinə işarə edən Ərdoğan da bu görüşün Rusiya və Türkiyənin regionda oynadıqları rolu vurğulamaq üçün olduqca mühüm olduğunu deyib.
O əlavə edib ki, Rusiya rəsmiləri ilə görüşlər səmərəli olub və bu əsnada bir çox məsələ barədə söhbət edilibdir.
Türkiyə prezidenti ümidvar olduğunu bildiribdir ki, Rusiyadan Türkiyəyə enerji idxalı prosesi davam edəcək.
Bundan öncə Türkiyə mediaları bildirmişdilər ki, Ərdoğan rus həmkarı ilə Soçi müzakirələri gedişində Türkiyə qüvvələrinin Suriyanın şimalında yeni hərbi əməliyyatlar keçirməyə hazır olmaları haqda danışmaq niyyətindədir.
Digər tərəfdən, Kremlin sözçüsü bildirib ki, iki ölkənin başçıları Ukrayna limanlarında qalan taxılın daşınması barədəki razılaşma, həmçinin Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki son olayları haqda məşvərət edəcəklər.
Çərşənbə günü Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qarabağ bölgəsindəki qanunsuz silahlı erməni qruplarına qarşı hərbi əməliyyatlardan xəbər verdi.
Nazirliyin bildirdiyinə görə, bu əməliyyat azərbaycanlı əsgərlərdən birinin ölümünə cavab olaraq həyata keçirilib.