Avq 10, 2022 19:21 Asia/Baku
  • Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib

Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.

SəhərAzəri- "İran Press"in məlumatına görə, 5-ci İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək, Türkiyənin Konya şəhərinin ev sahibliyi ilə 56 İslam ölkəsindən gələn dörd mindən çox idmançının iştirakı ilə 21 idman növü üzrə keçiriləcək. 

İslam Ölkələrinin Həmrəylik Oyunlarının açılış mərasimində Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Azərbaycan Prezidenti İlham Əliyev və bir sıra rəsmi şəxslər, eləcə də iştirak edən ölkələrin idman nazirləri və digər nümayəndələri iştirak ediblər.

Oyunların bu dövrü cümə günü avqustun 5-də başlayıb, lakin açılış mərasimi beşinci gündə keçirilir. 

Oyunların açılış mərasimində İran İslam Respublikası Milli Olimpiya Komitəsinin rəhbəri "Seyid Rza Saleh Əmiri" də iştirak edib.