Avq 26, 2022 23:47 Asia/Baku
  • Yunanıstan və Türkiyə qırıcıları arasında 2-ci hava gərginliyi

Türkiyə bildirib ki, Yunanıstan qırıcıları ötən bir həftə ərzində ikinci dəfə öz radarlarını bu ölkənin qırıcılarının üzünə qıfıllayıblar.

Türkiyə müdafiə nazirliyi qeyd ediibdir ki, bu ölkənin iki ədəd F-16 qırıcısı avqustun 24-də Egey dənizində NATO-nun tapşırığını yerinə yetirərkən Yunanıstan qırıcıları tərəfindən radar qıfıllanması ilə üzləşibdir. Türkiyə qırıcıları da onlara müvafiq cavab veriblər.

Yunanıstanın bu hərəkəti Türkiyə tərəfindən, öncədən planlaşdırılmış və qəsdən törədilən hərəkət adlandırılıb.

Bu, Yunanıstan qırıcılarının ötən bir həftə ərzində Türkiyə qırıcılarına qarşı ikinci hərəkəti elan olunub. Bundan öncə Yunanıstan Şərqi Aralıq dənizində öz radarlarını Türkiyə qırıcılarının üzünə qıfıllamışdı. O zaman Yunanıstanın hərbi attaşesi çağırılmış və Ankaranın etirazı ona elan olunmuşdu.