Sen 22, 2022 09:40 Asia/Baku
  • İran, Türkiyə və Rusiyanın XİN rəhbərləri görüşüb

İran İslam Respublikası, Türkiyə və Rusiyanın xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər.

SəhərAzəri-nin məlumatına əsasən, görüş Nyu-Yorkdakı Türkiyə Evində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilib.

"Biz Astana prosesinin xarici işlər nazirlərinin görüşünü keçirdik. Suriya böhranının daimi siyasi həlli üçün bütün sahələrdə diplomatik səylərimizi davam etdiririk", - deyə M.Çavuşoğlu özünün "Twitter" səhifəsindəki paylaşımında bildirib.

Görüşdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib.