Sen 29, 2022 13:34 Asia/Baku
  • Ərdoğan ABŞ-a xəbərdarlıq edib

Türkiyə prezidenti Amerikanın Yunanıstan qarşısındakı addımlarına görə, Vaşinqtona xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayıyb Ərdoğan dünən axşam Amerika tərəfindən Cənubi Kiprə qarşı silah sanksiyasının ləğv edilməsindən sonra Vaşinqtona belə bir xəbərdarlıq edib: Hamı bilməlidir ki, Kiprin yunansakinli hissəsinə qarşı silah sanksiyasının ləğv edilməsi cavabsız qalmayacaq və biz Şimali Kiprdə yaşayan türk mənşəlilərin təhlükəsizlikləri üçün bütün tədbirləri görəcəyik.

Ərdoğan çıxışının digər bir hissəsində deyib: Amerikadan gözləyirik ki, Yunanıstanı yanlış hesablamalara doğru sövq etdirməyib, beynəlxalq ictimaiyyətlə oynamağa yol verməsin.

Türkiyə prezidenti Afinanı təhrikedici hərəkətlərdə ittiham edib. Qeyd edib ki, təhrikedici hərəkətlər Yunanıstan üçün təhlükəli bir oyundur.

Teqlər