Türkiyənin müdafiə naziri İngiltərəyə gedib
Türkiyənin müdafiə naziri İngiltərəyə rəsmi görüşə gedib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə hər şeydən çox, Asiya və Avropa qitələrinin birləşmə nöqtəsinə borclu olduğu özəl coğrafi mövqeyinə görə, həm ticarət, həm də strateji perspektiv baxımından, İngiltərə üçün dəyərli tərəfdaş hesab olunur.
Bu səfərdə Hulusi Akarı hərbi və təhlükəsizlik məsələləri üzrə ekspertlərdən ibarət nümayəndə heyəti müşayiət edir.
Türkiyənin müdafiə naziri öz ingilis həmkarı ilə regional məsələlər, həmçinin hərbi sənaye və təhlükəsizlik məsələlərində ikitərəfli əlaqə və əməkdaşlıqların genişləndirilməsi ətrafında danışıb, fikir mübadiləsi aparacaq.
Hulusi Akar və onu müşayiət edən heyət həmçinin İngiltərənin hərbi sənaye sektorunda fəaliyyət göstərən bəzi şirkətlərin müdirlərilə görüşüb, söhbət edəcəklər.
Bu səfər İngiltərə müdafiə nazirinin dəvətilə və bu ölkənin Türkiyəyə qarşı bütün silah sanksiyalarının ləğv edilməsindən sonra həyata keçirilib.