Sərdar Kılıç:
"Ermənistanla Türkiyə arasında "futbol diplomatiyası" bərpa olunur”
Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib ki, Ermənistanla normallaşma prosesi müsbət istiqamətdə davam edir.
Türkiyə mətbuatının məlumatına görə o bildirib ki, rəsmi Ankara ilə İrəvan arasında əlaqələrin normallaşması təxribatlar olmadan davam etməlidir: “Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iki ölkənin komandaları arasında futbol matçları 2023-cü ilin martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə keçiriləcək. Komandamız ora gedəcək”.
Xatırladaq ki, 2009-cu ildə oxşar görüş Türkiyənin Bursa şəhərində baş tutmuşdu. Matçı Türkiyənin o zamakı Prezidenti Abdulla Gül və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da stadiondan izləmişdi.
O zaman Türkiyə tərəfindən qonşularla sıfır problem siyasəti çərçivəsində Ermənistanla əlaqələrin normallaşdırılması prossesi rəsmi İrəvan tərəfindən yaradılan maneələr nəticəsində nakam qaldı.