Dek 25, 2022 15:17 Asia/Baku
  • İmamoğlu gələnilki seçkilərdə qələbəyə təkid edib

İstanbul meri Əkrəm İmamoğlu gələnilki seçkilərdə qələbə üzrə səylərin davam etdiyini vurğulayıb.

Müxbirlər qarşısına çıxan Əkrəm İmamoğlu Türkiyənin gələcək seçkiləri və hökuməti haqda belə deyib: Proqram aydındır. Biz 2023-cü ildə hakimiyyətə çatmaq istəyirik ki, Türkiyəni, bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın başçılıq etdiyi ədalət və inkişaf partiyası- Ak Parti-nin şərindən xilas etmiş olaq. Görəcəksiniz ki, Ak Parti on milyonlarla səs fərqi ilə məğlub olacaqdır.

“Cümhuriyyət” qəzetinin ofisinə baş çəkən İmamoğlu bildiribdir ki, o, Ərdoğanın kabusudur.

İstanbul meri ona qarşı məhkəmə hökmünü siyasi və qanunsuz bir hökm adlandırıb. Bildirib ki, əsas qanun məhkəməsinin yekun rəyini gözləyir.

İstanbulun müxalifət cəbhəsindən olan meri Əkrəm İmamoğlu son vaxtlar Türkiyə məhkəməsinin “Türkiyə rəsmilərinə qarşı təhqir” adlandırdığı məsələyə görə, bu məhkəmə tərəfindən iki il yeddi ay on beş gün həbsə və siyasi fəaliyyət qadağasına məhkum olunub.

 

Teqlər