Yan 10, 2023 17:59 Asia/Baku
  • İran parlamentinin sədri azərbaycanlı həmkarı ilə görüşdə rəsmi Tehranın mövqeyini onun diqqətinə çatdırıb

Qalibaf: Biz sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik

İran İslam Şurası Məclisinin sədri azərbaycanlı həmkarı ilə görüşdə regiondankənar ölkələrin müdaxiləsinə qarşı çıxararq vurğulayıb ki, rəsmi Tehran sərhədlərdə heç bir geosiyasi dəyişikliyi qəbul etmir.

Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfəri çərçivəsinə keçirilən həmin görüşdə Məhəmməd Baqir Qalibaf iki ölkə əlaqələrinin əhəmiyyətinə toxunaraq Azərbaycan Respublikası ilə müxtəlif siyasi, iqtisadi və parlament sahələrində əməkdaşlığın genişləndirilməsini dəstəkləyib və deyib: “Azərbaycan bir qonşu ölkə kimi İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir və onunla ikitərəfli əlaqələrlə yanaşı, parlamentlərarası əlaqələrə də xüsusi önəm verir”.

İranlı spiker əlavə edib: “Regional və qlobal səhnədə bir-birimizlə yaxşı əlaqələr qura bilərik və region ölkələri nə qədər bir-birinə yaxın olsalar, region üçün bir o qədər yaxşıdır və regiondankənar ölkələrin bu məsələyə müdaxiləsinə icazə verilməməlidir”.

Onun sözlərinə görə, İran dövləti Azərbaycan Respublikası ilə əlaqələrin inkişafında aydın mövqeyə malikdir və onunla ticarət mübadilələrini artırmağa, habelə transit sahəsində əməkdaşlığa hər zaman hazırdır.

Qafarava eyni zamanda vurğulayıb: “Biz sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik. Biz sülh və təhlükəsizliyi dəstəkləyirik və regionda sülh və sabitliyin olmasını istəyirik”.

Öz növbəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib.

 

 

Teqlər