Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə deyib ki, bu ölkədə baş verən son zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib
Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılar törədib.Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Zəlzələ nəticəsində minlərlə binanın yıxılmasına görə, 100-dən çox cinayə tişi başladılıb. Binaların tikintisində qeyri-qanuni əməllərin baş verdiyi qeyd olunur.