Fev 23, 2023 18:13 Asia/Baku
  •  Zəlzələyə görə 341 insan saxlanıldı

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra 340-dan çox insan müxtəlif ittihamlarla həbs edilib.

SəhərAzəri- Bu barədə "TRT Haber" xəbər verir ki, zəlzələdən zərər çəkmiş vilayətlərdə sökülən və ya yenidən inşa edilən binalarla bağlı aparılan araşdırmalar çərçivəsində 160 şübhəli həbs edilib. Oğurluq istintaqı çərçivəsində həbs olunanların sayı isə 181-ə yüksəlib.

Baş Prokurorluğun 11 vilayətdə başlatdığı araşdırmalar nəticəsində dağılan və ya qanun pozuntusu ilə yenidən tikilən binalarla bağlı 564 şübhəli müəyyən edilib. 175 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib. Bundan başqa, 71 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib, 61 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Bəzi ekspertlər son zəlzələdə insanların əslində korrupsiya və rüşvətin qurbanı olduqlarını deyirlər. Xüsusilə də inşaat işində olan podratçı şirkətlər əsasən hakimiyyətə yaxın şirkətlərdir.

 

 

Teqlər