İyul 03, 2023 20:06 Asia/Baku
  • Türkiyə MET-i

Türkiyənin “A Haber” şəbəkəsi bu gün (bazar ertəsi) bildirib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MET) Türkiyədə xarici vətəndaşlara casusluq edən "Mossad" casus şəbəkəsini zərərsizləşdirib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu xəbər agentinin məlumatına görə, Qərbi Asiya ölkələri ilə bağlı ayrı-ayrılıqda 10 fərqli qrupda çalışan Türkiyə Milli Kəşfiyyat İdarəsinə (MİT) bağlı əks-kəşfiyyat agentləri "Mossad"-ın internet üzərindən uzaqdan izləmə texnologiyasından istifadə edərək Türkiyədə yaşayan xarici vətəndaşları haqda məlumat qopladıqlarını təsdiqləyib.Türkiyə təhlükəsizlik əməkdaşları həmçinin bildiriblər ki, Türkiyədəki Mossad üzvləri hədəfə alınan vətəndaşların avtomobillərini GPS cihazları vasitəsilə izləyir, onların mobil telefonlarına Wi-Fi vasitəsilə sızaraq, telefona giriş parollarını sındırmaqla yaşayış ünvanlarını tapmağa çalışırlarmış.Türkiyənin Milli Kəşfiyyat Xidməti həmçinin öz əməliyyatı axtarış tədbirləri nəticəsində Türkiyədə fəaliyyət göstərən "Mossad" qruplaşmasının üzvləri ilə bütün xaricdə əlaqələr daha sonradan İspaniya İsveç, Malayziya, İndoneziya, Belçika və Almaniya vətəndaşları adı altında saxta insanlar tərəfindən məhv edilən yüzlərlə birdəfəlik internet xətti vasitəsilə həyata keçirdiyini aşkarlayıb. "Mossad" həmçinin öz hədəflərini təyin etmək üçün vebsaytlar da yaratmışdır. Bu mənfur təşkilatın agentləri dörd "najarland.com", "almeshar.com", "nasrin-news.com", "hresource.co.uk" saytları vasitəsilə hədəflərini tələyə salaraq kompüterlər və mobil telefonlara viruslar ötürməklə öz casusluq əməliyyatlatını həyata keçirirmişlər.

Teqlər