Dek 31, 2023 15:48 Asia/Baku
  • Ərdoğan Mehmet Büyükekşinin dərhal istefasını tələb edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin iki futbol klubunun Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan lakin baş tutmayan oyunundan sora təcili göstəriş verib.

Türkiyə mətbuatının məlumatına görə, Türkiyə prezidenti "Qalatasaray" və "Fənərbaxça" klubunun siyasi aksiyasından sonra ölkənin Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşinin dərhal istefasını tələb edib.

Qeyd edək ki, Prezident Ərdoağanın bu qərarı hökumətin futbola müdaxilə etməsinə səbəb ola və nəticədə Türkiyə FİFA-dan kənarlaşdırıla bilər.

Ərəb medialarının yazdığına görə, Ər-Riyad Türkiyə Superkubokunu keçirmək üçün təxminən Səudiyyə Liqasının bir aylıq oyunlarının büdcəsinə bərabər 25 milyon dolar xərcləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın ev sahibliyi etdiyi Türkiyə Superkubokunun final matçı cümə günü keçirilməli idi, lakin iki türk klubu bu ölkənin Cümhuriyyətinin 100-cü il dönümünü bəhanə edərək meydana "Ata Türk"ün təsviri olan köynəklərlə daxil olmaq istəyib. Ancaq Səudiyyə rəsmiləri, FIFA qaydalarına əsaslanaraq bu oyunun siyasi məqsədlə keçirilməsinə mane olub.