Fev 10, 2024 13:42 Asia/Baku
  • “Türkiyə ilə ticarətdə ciddi çətinliklər yaranıb”

Rusiya ilə Türkiyə arasında ticarət sahəsində yaranan çətinliklərin səbəbləri açıqlanıb.

Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov ölkəsi ilə Türkiyə arasında ticarət sahəsində çətinliklərin yarandığını deyib.

“RİA Novosti”yə müsahibəsində səfir bildirib ki, hazırda iki ölkə arasında ticarət xeyli mürəkkəbləşib.

Diplomat buna səbəb kimi ABŞ-nin sanksiyalarını göstərib.

Səfirin sözlərinə görə, sanksiyalar rejiminin sərtləşdirilməsi ticarətdə ciddi çətinliklər yaradıb.