Fev 20, 2024 12:27 Asia/Baku
  • Ərdoğan: Azərbaycanda tarixi səsvermə oldu

Türkiyə prezidenti Azərbaycanda keçirilən seçkini “tarixi səsvermə” kimi xarakterizə edib.

Fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyev ilə keçirdiyi birgə mətbuata bəyanatında deyib: “İlk dəfə respublikanın bütün suveren ərazisində keçirilmiş səsvermə tarixi seçki idi”.

Ərdoğan qeyd edib ki, Azərbaycan liderinin seçkilərdə qalib gəldikdən sonra ilk xarici səfərini Türkiyəyə etmək qərarını yüksək qiymətləndirir.

Xatırladaq ki, 7 fevral seçkisi Azərbaycanda müxalifət tərəfindən boykot edilmişdi və seçki təşviqatı zamanı hər 6 rəqib namizəd hakim partiyanın namizədi olan İlham Əliyevi dəstəkləmişdir.