Fev 20, 2024 12:47 Asia/Baku
  • “Azərbaycan İran tərəfi ilə bu məsələdə təmasdadır”

Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı bir problem olarsa, bu marşrutun İran ərazisindən keçməsi ehtimalı var və Azərbaycan İran tərəfi ilə bu məsələdə təmasdadır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet” qəzetinə müsahibəsində bunu deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var və bu alternativlərin hər ikisi hazırda masadadır.

Abdulkadir Uraloğlu hazırda tikinti işlərinin davam etdiyini də əlavə edib.