Fev 27, 2024 12:45 Asia/Baku
  • ABŞ diplomatları Türkiyəyə müdaxilə edirlər

ABŞ-ın Türkiyədəki diplomatları bu ölkənin daxili işlərinə açıq-aşkar qarışır və türk şirkətlərinin hansı ölkələrlə əməkdaşlıq etməli olduqlarını onlara dikte etməyə çalışırlar.

ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğunun diplomatları türk şirkətlərinə və maliyyə qurumlarına baş çəkir və onları Rusiya ilə ticarət əlaqələri saxladıqları üçün hədələyirlər. Bu barədə “Aydınlıq” qəzeti mənbələrə istinadla məlumat verib.

Qəzetə açıqlama verən şirkətlərdən birinin əməkdaşı bildirib ki, ABŞ rəsmiləri onları qapı-qapı gəzərək və ya birbaşa ABŞ səfirliyinə dəvət etməklə hədələyiblər.

Mənbənin sözlərinə görə, bu məmurlardan biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.