Mart 09, 2024 15:40 Asia/Baku
  • Ərdoğan İsraillə bağlı Qərbi tənqid etdi - AKTUAL

İsrail rejimi ilə iqtisadi əlaqələrinin davam etməsinə aydınlıq gətirməyən Türkiyə lideri Qərb dövlətlərini tənqid edib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan gənclərlə görüşündə bildirib: “İsrailə cəsarət və dəstək verən Amerika və Avropa dövlətləri tarixə qadın və uşaq qatillərinin himayəçiləri olaraq düşdü”.

Onun sözlərinə görə, İsrailin soyqırım siyasətinə qarşı bəşəriyyət vahid şəkildə hərəkətə keçməlidir.

Bu açıqlama elə bir halda verilir ki, Türkiyənin özü bütün çağırışlara rəğmən xunta rejimi ilə iqtisadi zəmində bazarlığını davam etdirir və bu rejimi boykot etməkdən çəkinir.

Statistikalara görə, Türkiyədən İsrail adlanan işğal olunmuş ərazilərə mal və xammal ixracının həcmi hətta Azərbaycan Respublikası, İran və Səudiyyə Ərəbistanına ixracın həcmindən çoxdur və rəqəmlər göstərir ki, Türkiyə İsrailə ixrac üçün dəniz ticarət xəttini bağlamaq istəmir.

 

Türkiyənin keçmiş baş naziri, Gələcək Partiyasının hazırkı lideri Əhməd Davudoğlunun sözlərinə görə, heç nə dəyişməyib və Türkiyədən işğal olunmuş ərazilərə mal və xammalın ixracı daha da çoxalıb.

Ərdoğanın tənqidçiləri deyirlər ki, Türkiyədən İsrailə ixrac edilən polad bomba istehsalında istifadə olunur və Türkiyənin nəhəng dəmir-polad holdinqləri bir neçə milyard dollarlıq böyük gəlir əldə etmək üçün Qəzzədə yaşanan humanitar faciəyə və Fələstin xalqının soyqırımına diqqət yetirmək istəmirlər.

Müstəqil medial yazırlar ki, bu ölkə hazırda sionist rejimin istehlak etdiyi ümumi poladın 65%-ni təmin edir. Eyni zamanda Türkiyə Ceyhan limanı vasitəsilə Azərbaycan neftini işğal olunmuş ərazilərin Hayfa limanına nəql etməkdə davam edir və bununla da cinayətkar rejiminhərb maşını və təyyarələri yanacaqla təmin olunur.