Mart 14, 2024 20:00 Asia/Baku
  • Türkiyə prezidentinin mühafizə dəstəsinin olduğu qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Yerli media Türkiyənin cənub-şərqində baş verən qəzada bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsinin bir cangüdəninin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildirib.

"Turkishminute" saytı yazıb: "Bu qəza çərşənbə günü Şırnak vilayətinin İdil şəhərində baş verib və zabit Fırat Dere həyatını itirib, üç nəfər yaralanıb". 

Şarnakı ziyarət etdikdən sonra ictimaiyyət qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğan həlak olan zabitin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzu edib.

"Turkishminute" əlavə edib: "10-dan çox avtomobildən ibarət olan karvanda  onu müşayiət edən Ərdoğanın böyük təhlükəsizlik komandası, dəbdəbəli avtomobillərdən istifadə edilməsi və Ərdoğanın seçki şüarlarında “xalqın adamı” kimi təqdim edilməsi və onun xalq üçün əlçatmaz olması səbəbindən tənqid olunur.

Mənbə davamında yazır: "Türkiyə prezidentini və prezident binasını qoruyan təhlükəsizlik işçilərinin dəqiq sayı illərdir məlum deyil və parlament üzvlərinin bununla bağlı sualları cavabsız qalıb".

Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyinin məlumatlarına görə, Ərdoğanı, ailəsini və prezident iqamətgahlarını qorumaqdan məsul olan Türkiyə Prezident Təhlükəsizlik Müdirliyi 2023-cü ilin ilk səkkiz ayında 693 milyon türk lirəsindən çox vəsait xərləyib ki, bu da gündəlik  2,8 milyon lirəyə bərabərdir.

Daily Sabah saytı da Ərdoğanın təhlükəsizlik qrupuna hadisənin baş verdiyini təsdiqləyərək, yazıb: "Türkiyə prezidentinin təhlükəsizlik qrupu bələdiyyə seçkiləri çərçivəsində bölgədə olub".