Mart 28, 2024 14:55 Asia/Baku
  • Qərbin qanunsuz övladına qarşı təzyiqlər artırılmalıdır

Türkiyə prezidenti bir çıxışda sionist rejimi Qərbin qanunsuz övladı adlandırıb və Qəzzədə təcili atəşkəsin bərqərarı üzrə qətnamənin icrası üçün bu rejimə qarşı təzyiqlərin artırılmasını istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkənin Batman əyalətindəki çıxışında BMT Təhlükəsizlik Şurasının Qəzzə zolağında atəşkəsin bərqərarına dair yeni qətnaməsi barədə belə deyib: Biz Türkiyə olaraq, bu qətnaməni müsbət qarşılayırıq və bu qətnamənin tələblərinin icrası üzrə məsuliyyətimizə əməl edəcəyik.

Sionist rejimi tənqid edən Ərdoğan əlavə edib: Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməsi üçün Qərbin ərköyün və qanunsuz övladına qarşı təzyiqlər artırılmalıdır.

Ərdoğan Türkiyənin Qəzzə zolağında atəşkəsin bərqərarı məqsədli səylərinə işarə edib və bildiribdir ki: Qəzzə əhalisinin təcili sülh və sabitliyə nail olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Qəzzədə təcili atəşkəs qətnaməsi bu bölgədə bir neçə ay müharibə getdikdən sonra nəhayət martın 25-də BMT Təhlükəsizlik Şurasında qəbul edildi.

BMT Təhlükəsizlik Şurasının on beş üzvündən on dördü Qəzzədə təcili atəşkəsin bərqərarı barədə şuranın qeyri-daimi üzvləri tərəfindən təqdim olunmuş qətnamənin lehinə səs və ona dəstək verdi.

Amerika Birləşmiş Ştatları şuranın daimi üzvü kimi tərəfsiz səs verdi və beləliklə, Qəzzədə təcili atəşkəsin bərqərarı barədə qətnamə qəbul edildi.

Qəbul olunmuş qətnamə mübarək ramazan ayı boyunca  təcili atəşkəsin bərqərarı, tərəflərin ona hörmət etmələri və bu atəşkəsin dayanıqlı atəşkəslə nəticələnməsi zərurətinə təkid edir.

Təhlükəsizlik Şurasının qətnaməsi həmçinin bütün əsirlərin dərhal və qeyd-şərtsiz olaraq azad edilmələri və humanitar yardımlara əlçatanlığın təmin edilməsini istəyir.

Qətnamə habelə hər iki tərəfi beynəlxalq qanunlar əsasında əsirlər qarşısındakı öhdəliklərinə əməl etməyə çağırır.