Türkiyə ilə Tacikistan arasında viza rejimi bərpa olunur
https://azeri.sahartv.ir/news/türkiyə-i410128-türkiyə_ilə_tacikistan_arasında_viza_rejimi_bərpa_olunur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi haqqında qərar imzalamasından sonra Tacikistan da oxşar addım atacağını bildirib.
(last modified 2024-04-07T05:57:54+00:00 )
Apr 07, 2024 09:56 Asia/Baku
  • Türkiyə ilə Tacikistan arasında viza rejimi bərpa olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi haqqında qərar imzalamasından sonra Tacikistan da oxşar addım atacağını bildirib.

“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə əsasən, Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini müzakirə edir”,- Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

O əlavə edib ki, Türkiyə bu qərarla bağlı diplomatik kanallar vasitəsilə Tacikistanı məlumatlandırmayıb.

Qeyd edək ki, son günlər Moskvada baş verən terror aktını törədənlər Tacikistan vətəndaşları olaraq onların bəziləri Rusiyaya Türkiyə üzərindən daxil olmuşdular.