Apr 13, 2024 19:06 Asia/Baku
  • Amerikaya Türkiyənin hava məkanından qonşu ölkələrə qarşı istifadə icazəsi verməyəcəyik

Bir iraqlı informasiya kanalı bu gün səhər saatlarında xəbər veribdir ki, Türkiyə Amerikaya öz hava məkanından qonşu ölkələrə qarşı istifadə icazəsi verməyəcəyini bildirib.

Bundan öncə də və İranın sionist rejimə qarşı intiqam hücumu ərəfəsində Qətər və Küveyt rəsmiləri Amerikaya bu ölkələrin ərazilərindən İrana hücum üçün istifadə icazəsi verməyəcəklərini bildirmişdilər.

İranın sionist rejimə qarşı intiqam hücumunun yaxın zamanlarda baş verməsi barədəki təxminlərin artması ilə bir zamanda, İngiltərədə «Middle East Eye» vebsaytı da yüksək vəzifəli amerikalı rəsmiyə istinadla Qətər və Küveytin adlarına toxunmadan, bildirib: Fars Körfəzində yerləşən ərəb ölkələri Vaşinqtondan istəyiblər ki, İranın İsrailə qarşı ehtimal olunan hər hansı hücumuna cavabda ABŞ-ın onların ərazilərindəki hərbi bazalarından istifadə etməsin.

General pasdar Zahidinin və onun silahdaşlarının Suriyanın Dəməşq şəhərində şəhid olmalarına İranın cavabından olan qorxu bir an belə, sionistləri sakit buraxmır.