Blumberq: Türkiyə Təl-Əvivlə bütün ticarət əlaqələrini dayandırıb
Qəzzə müharibəsinə qarşı çıxan Türkiyə Təl-Əvivlə bütün ticarət əlaqələrini dayandırıb.
Blumberq-in bildirdiyinə görə, Təl-Əvivin: “Ankara da üçüncü ölkələrin İsrail ilə ticarət üçün Türkiyə limanlarına əlçatanlıqlarına mane olubdur” iddiasından sonra/ Türkiyə/ sionist rejimlə ticarət əlaqələrini tam şəkildə dayandırıb.
Blumberq/ məsələlərdən xəbərdar olan iki türkiyəli rəsmiyə istinadla iddia edibdir ki, Ankara, Türkiyədən İsrail rejiminə/ və əks istiqamətdə bütün ixracat və idxalatları dayandırıbdır.
Sionistlərin xarici işlər naziri- İsrail Kats iddia edibdir ki, Ankara həmçinin Türkiyə limanlarında İsrail rejimi ilə bağlı idxalat və ixracata maneə törədibdir.
Ankaranı Təl-Əvivlə ticarət müqavilələrini pozmaqda ittiham edən Kats deyibdir ki, alternativ yol tapmaq üçün İsrail rejiminin xarici işlər nazirliyinə digər ölkələr üzərində təmərküzləşmək barədə göstəriş verib.
Sionistlərin xarici işlər naziri Türkiyənin hansı limanlarının Təl-Əvivlə ticarət mübadiləsinə mane olduqlarına aydınlıq gətirməyib.
Diplomatik bir mənbənin Əlmonitor-a dediyinə görə, İsrail rejiminin xarici işlər nazirliyi Türkiyənin/ ixracatın dayandırılması barədəki qərarının təsirlərini təsdiqləyibdir.
Türkiyə aprel ayında bildirmişdi ki, bu ölkə Qəzzə zolağında atəşkəsin elan olunacağı zamanadək öz məhsullarından geniş bir spektrin İsrail rejiminə ixracatını məhdudlaşdıracaq.
Türkiyə ticarət nazirliyinin bildirdiyinə görə, bu məhdudiyyət dəmir, mərmər, polad, sement, alüminium, kərpic, kimyəvi gübrə, tikinti avadanlıqları, həmçinin raket və təyyarə yanacağının da daxil olduğu əlli dörd müxtəlif məhsula şamil olur.