Türkiyə prezidenti xunta rejiminin cinayətlərini qınadı
Ərdoğan: Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq
Türkiyə lideri bəyan edib ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahu Qəzzədəki hərəkətləri ilə Adolf Hitleri qısqandıracaq.
Rəcəb Təyyib Ərdoğan bu barədə Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib: “İsrailin aylardır müxtəlif bəhanələrlə xəstəxanaları bombalamasını, uşaqları öldürməsini, dinc insanlara zülm etməsini, günahsız insanları aclıq, susuzluq və dərmansızlığa məhkum etməsini qanuni saymaq olarmı? Hitler keçmişdə həbs düşərgələrində insanları öldürürdü. Qəzzə təkcə oktyabrın 7-dən sonra deyil, illər öncə də açıq hava həbsxanasına çevrilmədi? Oradakı insanlar illərlə az qala əsir düşərgəsi kimi məhdud resurslara məhkum deyildilər?”
Türkiyə prezidenti sonra soruşub: “Oktyabrın 7-dən sonra Qəzzədə törədilən ən amansız və sistemli kütləvi qətllərə kim cavabdehdir? İnsanlara "o əraziyə gedin" deyən və ora bomba atan İsrailə nə deyirsiniz?”
Onun sözlərinə görə, Netanyahu soyqırım üsulları ilə Hitlerə qısqanclıq gətirəcək səviyyəyə çatıb.