May 14, 2024 12:51 Asia/Baku
  • Regionda sülhün yeganə yolu müstəqil Fələstin dövlətinin qurulmasıdır

Türkiyə prezidenti deyib: "Bölgədə sülhə nail olmağın yeganə yolu müstəqil Fələstin dövlətinin qurulmasıdır".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın baş naziri Kiriakos Miçotakis ilə keçirdiyi birgə mətbuat konfransında Baş Assambleyasının Fələstinin bu təşkilata tamhüquqlu üzv olması ilə bağlı qərarına toxunaraq, deyib:“Bölgədə sülhü təmin etməyin yolu “1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin qurulmasıdır”.

Türkiyə prezidenti HƏMAS Hərəkatının terrorçu olması ilə bağlı deyilənləri rədd edərək, bildirib ki, bu müqavimət hərəkatı işğal olunan torpaqlarını müdafiə edir.

Ərdoğan açıqlamalarına əlavə edib: “35 mindən çox mülki fələstinlinin öldürülməsinə beynəlxalq ictimaiyyət, xüsusilə də Qərb ölkələri münasibət bildirməlidir. Biz İsraili atəşkəslə razılaşmağa məcbur etmək və müstəqil Fələstin dövlətinin tanınmasını artırmaq üçün diplomatik təmaslarımızı davam etdirəcəyik”