Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.
https://azeri.sahartv.ir/news/türkiyə-i411473-türkiyə_ermənistanla_münasibətləri_tez_bir_zamanda_normallaşdırmalıdır.
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib ki, Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.
(last modified 2024-05-24T05:52:36+00:00 )
May 24, 2024 09:51 Asia/Baku
  • Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib ki, Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.

Sabiq baş nazir və Gələcək Partiyasının baş katibi bildirib: “Ermənistanla münasibətlərin normallaşmasına dair protokolları XİN rəhbəri olduğu dönəmdə, 2009-cu ilin oktyabrında imzaladım”.

Keçmiş baş nazir vurğulayıb ki, iki ölkə arasında sərhəd açılmalı, səfirliklər fəaliyyətə başlamalıdır.

2009-cu ildə Sürixdə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokolları imzalayan Davudoğlu qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin alovu Qafqaza sıçramamalıdır.